Bir ABŞ rəsmisi İran və Çin ilə bağlı yeni ifşaçılıq edib
Sen 10, 2020 18:24 Asia/Baku
ABŞ-ın yüksək rütbəli rəsmilərindən biri etiraf edib ki, Tramp administrasiyası Çin və İran haqqında insanlarda qorxu yaratmaq niyyətində olub.
SəhərAzəri Röyters-ə istinadla xəbər verir ki, ABŞ-ın Daxili təhlükəsizlik Nazirliyinin sabiq yüksək vəzifəli bir rəsmisi ifşa xarakterli bir şikayətəd deyib ki, ona Rusiyanın ABŞ-a müdaxiləsinin təhlükəsi barədə hesabatı buraxıb, İranla Çinin müdaxiləsi barədə hesabatın hazırlanmasını əmr ediblər.
Röyters bu şəxsin adını çəkmədən əlavə edib: “Sözü gedən şəxs ifşa xarakterli şikayət ərizəində deyib ki, Rusiyanın müdaxiləsi ilə bağlı hesabatın kənara qoyulması və onun yerinə İranla Çin həqqında hesabatın hazırlanması göstərişi ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri tərəfindən verilib”.