"Microsoft" Rusiya hakerlərini Tramp və Baydenin qərargahına hücumlarda ittiham edib
Sen 11, 2020 21:05 Asia/Baku
"Microsoft" şirkəti Rusiya, Çin və İrandan olan hakerlərin Prezident Donald Trampın və rəqibi Co Baydenin seçki qərargahının əməkdaşlarına kiber hücumlar təşkil etməkdə ittiham edib.
SəhərAzəri SalamNews-a istinadla xəbər verir, bu barədə şirkətin açıqlamasında deyilir."Son həftələrdə "Microsoft" Tramp və Baydenin qərargahında işləyən şəxslərə uğursuz hücumlar edildiyini qeydə alıb", şirkət məlumatında deyilir.
Xüsusilə, "Microsoft" namizədlərin qərargahları, qeyri-hökumət təşkilatları, partiyalar da daxil olmaqla 200-dən çox təşkilata edilən hücumların Rusiyadan fəaliyyət göstərən "Stronsiy" kod adlı qrupun həyata keçirdiyini bildirib.