Washington Post:
Netanyahu çirkli paltarlarını Ağ Evə gətirmişdi!
Washington Post bir reportajda yazıb, Vaşinqtona səfər vaxti Netanyahu və həyat yoldaşı, yuyulmaq üçün Ağ Evə bir çamadan çirkli paltar gətiriblər.
SəhərAzəri xəbər verir, Washington Post yazib, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ prezidentinin qonaqpərvərliyindən sui-istifadə edərək, rəsmi bir səfərdə istifadə oluna biləcək paltarlardan daha çox miqdarda çirkli paltar gətirib. Ağ Evdəki qonaq evində qonaqlar çirkli paltarlarını yuyulmaq üçün verə bilərlər.
Washington Post, adı açıqlanmayan bir ABŞ rəsmisinə istinadən yazib: Netanyahu Çirkli paltarlarla dolu çamadanları yuyulmaq üçün gətirən yeganə adandır. Bir neçə səfərdən sonra bunun qəsdən olduğu aydın olur.
Netanyahunun ofisi və sionist rejimin Vaşinqtondakı səfirliyi bu məlumatı təkzib edib.
Netanyahunun bənzər hərəkətləri və xarici səfərlər zamanı özünün və həyat yoldaşının Camaşırxanalardan sui-istifadə etməsi barədə məlumatların yayımlanması ilk dəfə deyil. Netanyahunun həyat yoldaşı 2019-cu ildə ictimai əmlakdan sui-istifadə etməkdə günahlandırılıb.