Pompeo bir daha İranla ticarət əlaqələrinə qarşı təhdidlərini təkrarlayıb
ABŞ Dövlət Katibi Vaşınqtonun İran İslam Respublikasına təzyiq göstərmək üçün uğursuz səylərinin davamında bir daha dünya ölkələrinə İranla ticarət əlaqələri barədə xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir, Mayk Pompeo dünən gecə ABŞ-ın, İranla əlaqədə olmaq bəhanəsi ilə iki şəxs və altı Çin şitkətinə qarşı tətbiq etdiyi yeni sanksiyalara toxunaraq, deyib: "İran İslam Respublikasının gəmiçilik şirkəti ilə ticarət əlaqəsi yaradan istənilən ölkə, şəxs və ya şirkət sanksiya riski ilə üzləşəcəkdir.
ABŞ cari ilin 8 iyun tarixindən etibarən İran İslam Respublikasının gəmiçilik şirkətinə qarşı sanksiyaların qüvvəyə minəcəyini bildirib.
ABŞ İranla nüvə anlaşmasından qanunsuz şəkildə çıxmasından sonra bu ölkəyə təzyiq göstərmək üçün hərtərəfli bir kampaniyaya start verib.
Tramp administrasiyasının bu hərəkəti geniş daxili və beynəlxalq qınağa tuş gəlib.
Çin və Rusiya da daxil olmaqla dünyanın bir çox ölkəsi ABŞ-ın birtərəfli sanksiyalarına əməl etməyəcəklərini bildiriblər.