Dek 08, 2020 12:53 Asia/Baku
  • Yaponiyada quş qripi yayılıb

Yaponiya hakimiyyəti ölkənin cənub-qərbindəki Kaqava prefekturasının Mitoyosu şəhərində quş qripinin yayılmasını qeydə alıb.

SəhərAzəri xəbər verir, bu barədə NHK telekanalı bildirib.

Yaponiyanın baş naziri Yoşihide Suqa bununla əlaqədar aidiyyəti nazirliklərə ticarətçiləri quş əti ilə bağlı maksimal ayıqlığa çağırmağı, yerlərdə məlumatların toplanmasını, epidemiyanın qarşısının alınması üçün təcili tədbirlər görməyi əmr edib.

"Kyodo" agentliyinin məlumatına görə, Kaqava prefekturasının hakimiyyəti yaxın vaxtlarda quş qripinin yayılmasına qarşı mübarizə üzrə qərargah yaradacaq.

Agentlik həmçinin bildirib ki, yerli quş fabrikində təxminən 330 min toyuq kəsiləcək.

Teqlər