Dek 14, 2020 15:58 Asia/Baku
  • Rusiya ABŞ-ın Maliyyə Nazirliyinə kiber hücumla bağlı ittihamlara reaksiya verib

Rusiyanın Vaşinqtondakı səfirliyi, ölkəsinin ABŞ-ın Maliyyə Nazirliyinə edilən kiber hücumda iştirak etməsi ilə bağlı ABŞ medialarının iddialarını rədd edib.

SəhərAzəri "Tass" xəbər agentliyinə istinadən xəbər verir, Rusiyanın Vaşinqtondakı səfirliyi informasiya mühitinə kiber hücumların Moskvanın xarici siyasət prinsiplərinə zid olduğunu və ABŞ medialarının bir daha bu ölkənin dövlət qurumlarına edilən kiber hücumlarla əlaqədar Rusiyaya qarşı əsassız ittihamlar irəli sürdüyünü bildirib.

Röyters xəbər agentliyi dünən gecə ABŞ-ın Maliyyə Nazirliyinin kiber hücuma məruz qaldığını bildirib.

Röyters-ın məlumatında, xarici bir dövlətin dəstəklədiyi mürəkkəb bir haker qrupu, ABŞ Maliyyə Nazirliyinin və internet və rabitə siyasətlərinə dair qərarların qəbul edilməsində məsuliyyət daşıyan bir Amerika təşkilatının məlumatlarını oğurlamağa cəhd etdiyi iddia olunub.

Bu kiber hücumun fonunda ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Ağ Evdə təcili iclas keçirməsi barədə məlumatlar yayılıb.

ABŞ-ın kəşfiyyat təşkilatları bu ölkənin Maliyyə Nazirliyini hədəf alan hakerlərin ABŞ-ın digər qurumlarına sızmaq üçün oxşar vasitələrdən istifadə etdikləri ehtimalından narahatdırlar.

Teqlər