Çin-Rusiya ikitərəfli münasibətləri inkişaf edir
Çin və Rusiya prezidentləri telefon danışıqlarında iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını və beynəlxalq arenada əməkdaşlığı vurğulayıblar.
SəhərAzəri xəbər verir, Kreml bu barədə açıqlayib ki, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Xi Jinping bazar ertəsi günü Yeni il münasibətilə keçirilən telefon danışıqlarında, iki ölkənin xalqını yeni ilin gəlişi münasibətilə təbrik edərək, 2020-ci ildə Rusiya ilə Çin arasında əlaqələrin, hərtərəfli tərəfdaşlığın və strateji əməkdaşlığın inkişaf nəticələrini nəzərdən keçiriblər.
Tərəflər ikitərəfli münasibətlərin inkişafını yüksək qiymətləndirərək, vurğulayiblar ki, iki ölkə arasındakı münasibətlər ən yüksək səviyyəyə çataraq, qarşılıqlı şəkildə faydalı olub.
Putin və Xi Jinping, koronavirus pandemiyasına qarşı iki ölkənin müvafiq qurumlarının birgə səyləri bərədə məmnun olduqlarını bildirərək, koronavirus peyvəndinin hazırlanması və istehsalı sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.