Vaşinqtonda fövqəladə vəziyyət
ABŞ prezidenti bu ölkənin növbəti prezidentinin inaqurasiya mərasimindən öncəki və sonrakı təhlükəsizlik şəraiti ilə mübarizə aparmaq üçün Vaşinqtonda ikihəftəlik fövqəladə vəziyyət elan edib.
SəhərAzəri xəbər verir, Ağ Ev-in yaydığı bəyanata görə, Vaşinqtonda fövqəladə vəziyyətin elan olunması Amerikanın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimilə bağlıdır.
Beləliklə, Vaşinqtonda fövqəladə vəziyyət yanvarın 11-dən 24-dək bərqərardır. Bu vəziyyət Baydenin andiçmə mərasimi zamanı ABŞ paytaxtındakı təhlükəsizlik tədbirlərinə yardım üçün tətbiq edilib.
Bundan əvvəl ABŞ milli qvardiya komandanlığındakı məsul bir şəxs də Vaşinqton şəhərinin andiçmə günündə tamamilə bağlanacağını və şəhərdə komendant saatının tətbiq olunacağını demişdi.
Həmçinin Vaşinqton şəhəri, eləcə də Virciniya və Merilend ştatlarının rəsmiləri öz sakinlərindən seçilmiş prezidentin andiçmə günündə evlərini tərk etməmələrini xahiş ediblər.