ABŞ-da koronavirus xəstələrinin sayı son 4 ayın ən aşağı həddinə düşüb
https://azeri.sahartv.ir/news/dünya-i373881-abŞ_da_koronavirus_xəstələrinin_sayı_son_4_ayın_ən_aşağı_həddinə_düşüb
BŞ-da ötən şənbə günü xəstəxanalarda cəmi 48 870 nəfər koronavirus xəstəsi müalicə olunub ki, bu da ötən il noyabr ayının əvvəlindən bu yana ən aşağı rəqəmdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2021 11:41 Asia/Baku
  • ABŞ-da koronavirus xəstələrinin sayı son 4 ayın ən aşağı həddinə düşüb

BŞ-da ötən şənbə günü xəstəxanalarda cəmi 48 870 nəfər koronavirus xəstəsi müalicə olunub ki, bu da ötən il noyabr ayının əvvəlindən bu yana ən aşağı rəqəmdir.

SəhərAzəri xəbər verir ki , bu barədə “The COVID Tracking Project” adlı koronavirusun fəsadlarını izləyən könüllü təşkilat bildirib.

Həmin göstəricinin yanvarın 6-da 132 474 nəfərlik ən yüksək həddə çatandan sonra davamlı azaldığı da qeyd olunub.

Baltimordakı Cons Hopkins Universitetinin məlumatına görə, indiyədək ABŞ-da COVID-19 virusuna 28 605 min nəfər yoluxub ki, bunların 513 091 nəfəri ölüb. Hər iki göstəriciyə görə ölkə birinci yerdədir.