Dünyada son sutkada koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
https://azeri.sahartv.ir/news/dünya-i374145-dünyada_son_sutkada_koronavirusa_478_mindən_çox_yoluxma_qeydə_alınıb
Dünyada son sutka ərzində 478 614 nəfər koronavirusa yoluxub, 10 124 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2021 06:55 Asia/Baku
  • Dünyada son sutkada koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 478 614 nəfər koronavirusa yoluxub, 10 124 nəfər ölüb.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 116 135 492 yoluxma hadisəsi, 2 581 976 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 52 faizdən çoxu Şimali və Cənubi Amerikanın (251 483) payına düşür. Digər yerləri isə Avropa (154 926) ilə Cənub-Şərqi Asiya (30 332) bölüşür.