Fauçi: "ABŞ-da gündəlik 60-70 min amerikalı koronavirusa yoluxur"
Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru deyib: "Ölkədə hər gün 60-70 min insanın koronavirusa yoluxması qəbuledilməzdir".
SəhərAzəri xəbər verir ki, Antoni Fauçi bazar günü "CBS" kanalına verdiyi müsahibədə ABŞ-da son həftələrdə koronavirusa yoluxma hallarının azalmasından sonra yenidən artması barədə narahatlıq ifadə edib.
O, həmçinin bəzi bölgələrdə sosial məsafənin qorunmaması və maskadan istifadənin azalması ilə bağlı narahatlıq ifadə edib.
ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri bəzi ştatlarda məhdudiyyətlərin aradan qaldırılması barədə xəbərdarlıq edib və bu ölkədə hələ də vəziyyətin pis olduğunu və gündəlik yoluxma hallarının yüksək olduğunu bildirib.
ABŞ-da koronavirusun yayılması nəticəsində indiyədək koronavirusa 29 milyon 657 mindən çox insan yoluxub, 537 min 249 nəfər isə bu virusdan həyatını itirib.
ABŞ-da digər ölkələrə nisbətən koronavirusa qarşı daha çox insanın peyvən olunduğuna baxmayaraq, mütəxəssislər hələ də növbəti həftələrdə bu virusa yoluxma hallarının artacağı və yeni dalğanın yaranacağı ilə bağlı xəbərdarlıq edirlər.