Mart 09, 2021 09:59 Asia/Baku
  • ÜST: Qadınlar pandemiyadan daha çox zərər görüb

Qlobal pandemiyanın nəticələri bir çox hallarda kişilərdən daha çox qadınlara təsir edib. Bu, xüsusilə məişət zorakılığının artması və reproduktiv sağlamlığın qorunmasına çıxış imkanlarının azalması ilə özünü göstərdib.

SəhərAzəri xəbər verir, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, pandemiya dövründə qadınlar kişilərdən daha çox iş yerlərindən məhrum olublar:

"Qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından da əlavə yük düşür. Sağlamlığı təşviq etmək, dünyanı təhlükəsiz tutmaq və həssas insanlara yardıma görə qadınlara təşəkkür edirəm".

Teqlər