Tokio 2021 Yay Olimpiya Oyunları xarici tamaşaçısız keçiriləcək
https://azeri.sahartv.ir/news/dünya-i374243-tokio_2021_yay_olimpiya_oyunları_xarici_tamaşaçısız_keçiriləcək
Tokio 2021 Yay Olimpiya Oyunlarına xarici ölkələrdən gələn tamaşaçılar buraxılmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2021 06:02 Asia/Baku
  • Tokio 2021 Yay Olimpiya Oyunları xarici tamaşaçısız keçiriləcək

Tokio 2021 Yay Olimpiya Oyunlarına xarici ölkələrdən gələn tamaşaçılar buraxılmayacaq.

SəhərAzəri xəbər verir, Yaponiya hökuməti bu barədə Olimpiadanın Təşkilat Komitəsinin çərşənbə günü videoformatında keçirilən iclasında qərar qəbul edib.

Koronavirusun yayılması ilə bağlı ictimaiyyət arasında narahatlıq bu qərarın verilməsinə səbəb olub.

Tokio Olimpiadasının Təşkilat Komitəsinin bildirdiyinə görə, koronavirus pandemiyası səbəbindən təxirə salınmış Yay Olimpiya Oyunlarının test tədbirləri martın sonlarında başlayacaq.