Mart 17, 2021 13:56 Asia/Baku
  • Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər

NATO Gürcüstan və Ukraynanın hərbi-siyasi bloka gələcək üzvlüyün mümkünlüyünü nəzərdə tutan “açıq qapı” siyasətinə sadiq qalır.

SəhərAzəri -Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberqin sözlərinə görə, Alyans onun dəyərlərini bölüşən və Şimali Atlantika müqaviləsinin prinsiplərini yerinə yetirməyə hazır olan bütün demokratik Avropa ölkələri üçün açıqdır.

Məruzədə, həmçinin NATO ölkələrinin hələ 2008-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən zirvə toplantısında Gürcüstan və Ukraynanın NATO-ya mümkün üzvlüyünü dəstəkləməyə qərar verdiyi vurğulanıb.

 

Teqlər