Fransada sərt karantin rejimi tətbiq edildi
https://azeri.sahartv.ir/news/dünya-i375135-fransada_sərt_karantin_rejimi_tətbiq_edildi
Fransa Prezidenti Emmanuel Makron xalqa müraciəti zamanı aprelin 3-dən etibarən ölkənin bütün bölgələrində sərt karantin rejiminin tətbiq ediləcəyini elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2021 04:47 Asia/Baku
  • Fransada sərt karantin rejimi tətbiq edildi

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciəti zamanı aprelin 3-dən etibarən ölkənin bütün bölgələrində sərt karantin rejiminin tətbiq ediləcəyini elan edib.

SəhərAzəri xəbər verir ki, yoluxma hallarının kəskin artması ilə əlaqədar 3 aprel tarixindən başlayaraq 4 həftə ərzində Fransada sərt karantin rejimi qüvvədə olacaq.

Rejimə uyğun olaraq, bütün təhsil müəssisələri üç həftə bağlanacaq.

Axşam saat 19:00-dan səhər 6:00-a qədər komendant saatı qüvvədə olacaq. Gələn həftədən bölgələr arası səyahətlər qadağan ediləcək. Şəhər sakinlərinə evlərindən 10 km-dək uzaqlaşmasına icazə verilir. 

Qeyd edək ki, prezidentin fərmanına əsasən, məhdudlaşdırıcı tədbirlərin əməl olunmasına ciddi nəzarət ediləcək.