Korona üç iri amerikan savaşından çox qırğın törədib
https://azeri.sahartv.ir/news/dünya-i375140-korona_üç_iri_amerikan_savaşından_çox_qırğın_törədib
ABŞ prezidenti deyib ki, koronadan ölənlərin sayı Amerikanın üç iri müharibədəki qurbanlarının ümumi sayından çox olubdur.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 01, 2021 07:44 Asia/Baku
  • Korona üç iri amerikan savaşından çox qırğın törədib

ABŞ prezidenti deyib ki, koronadan ölənlərin sayı Amerikanın üç iri müharibədəki qurbanlarının ümumi sayından çox olubdur.

SəhərAzəri xəbər verir ki, Co Bayden cümə axşamı günü səhər saatlarında bir çıxışda deyib ki, 547 mindən çox amerikalı koronavirusa yoluxma səbəbindən həyatını itiribdir ki, bu rəqəm iki dünya savaşı, Vyetnam müharibəsi və on bir sentyabr hadisəsində ölənlərin ümumi sayından çox olubdur.

«Cons Hopkins» universitetinin son statistikasına görə, Amerikada koronavirusa yoluxanların ümumi sayı otuz milyon 447 min nəfərə çatıb.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayının çoxluğuna görə, tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.