Taliban: “Xarici qoşunlar Əfqanıstandan çıxmamış danışıqda iştirak etməyəcəyik”
https://azeri.sahartv.ir/news/dünya-i375753-taliban_xarici_qoşunlar_Əfqanıstandan_çıxmamış_danışıqda_iştirak_etməyəcəyik
Əfqanıstanın Taliban qruplaşması xarici qüvvələrin Əfqanıstandan çıxana qədər qrupun heç bir danışıqda iştirak etməyəcəyini söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2021 14:45 Asia/Baku
  • Taliban: “Xarici qoşunlar Əfqanıstandan çıxmamış danışıqda iştirak etməyəcəyik”

Əfqanıstanın Taliban qruplaşması xarici qüvvələrin Əfqanıstandan çıxana qədər qrupun heç bir danışıqda iştirak etməyəcəyini söyləyib.

SəhərAzəri Farsnews-a istinadən   xəbər verir ki, Talibanın sözçüsü bu gün (14 aprel) səhər verdiyi bəyanatında belə qeyd edib: “Xarici qoşunlar ölkəni tərk etməyənə qədər, qrup diplomatik danışıqlarda iştirak etməyəcək”.

 Bu açıqlamalar, ABŞ-ın prezidenti Cozef Baydenin bütün ABŞ əsgərlərinin 11 sentyabr 2021-ci il tarixinədək Əfqanıstandan çıxacağını elan etməsindən sonra səsləndirilib.

 Bu barədə Ağ Evdən verilən məlumatda qeyd edilib.

 “1 maydan etibarən əsgərləri çıxarmağa başlayacağıq və 11 sentyabrda – terror aktının ildönümündə bütün qoşunlar Əfqanıstandan çıxarılacaq”, - deyə bildirilib.