Rusiyanın islami ölkələrlə strateji iştirakının inkişafına təkid
Rusiyanın xarici işlər naziri bu ölkə ilə islami ölkələrin dostcasına əlaqələri və strateji iştirakının inkişafına təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov dünən Rusiyanın Tatarıstan Muxtar Respublikasının mərkəzi- Kazanda keçirilən 12-ci Rusiya-İslam Dünyası beynəlxalq iqtisadi forumu münasibətilə verdiyi müraciətdə deyib ki, bu forum Rusiya ilə İslam Dünyası ölkələrinin real əməkdaşlıqlarının genişlənməsi üçün mühüm bir meydana çevrilib.
Lavrov qeyd edib ki, hər il dünyanın yetmişdən çox ölkəsini təmsil edən rəsmi, ticari, elmi və ekspert dairələrindən yüzlərlə nəfər onda iştirak edir və sevindirici haldır ki, Rusiya bölgələri də bu forumda fəal surətdə iştirak edirlər.
Rusiyanın xarici işlər naziri deyib ki, Rusiya ilə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin əlaqələrinin əsasını ənənəvi dostcasına əlaqələr, dinlərarası iştirak, sivilizasiya dialoqları, həmçinin BMT nizamnaməsinin hədəf və prinsiplərinə istinadla regional və beynəlxalq təhlükəsizliyin bərqərarı və qorunması üzrə birgə səylər təşkil edir.
Rusiya-İslam Dünyası beynəlxalq iqtisadi forumunun proqramlarının başlıca hissəsi virtual formada keçirilib və onda İran İslam Respublikası da daxil olmaqla 28 islami ölkənin səfirləri iştirak ediblər.
Bu forumun ümumi və ixtisas iclaslarında altmış ölkənin, eləcə də Rusiyanın 33 muxtar respublikası və vilayətinin nümayəndələri iştirak ediblər.