Dek 12, 2022 13:42 Asia/Baku
  • Belçika və İtaliyada rüşvət işi ilə bağlı həbs dalğası

Belçika korrupsiya işi ilə bağlı Avropa Parlamentində həbslər edib.

"Frans Press" xəbər agentliyinin məlumatına görə, Belçika polisi Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili və daha 4 nəfəri korrupsiya ilə bağlı aparılan istintaqla bağlı həbs edib. Bu işlə əlaqədar İtaliyada da iki nəfər həbs edilib.

Kailinin cümə günü polis tərəfindən həbsindən sonra Avropa Parlamentinin sədri Roberta Metsola Avropa Parlamentinin vitse-prezidenti kimi Eva Kailiyə həvalə edilmiş bütün səlahiyyətləri, vəzifələri və tapşırıqları, o cümlədən Avropa Parlamentinin sədrinin Yaxın Şərq regionunu üzrə nümayəndəliyini dərhal dayandırıb.

Həmçinin, cümə günü Brüsseldə Avropa parlamentinin iqtisadi və siyasi qərarlarına təsir etmək üçün Fars körfəzinin ərəb ölkələrindən birindən külli miqdarda pul alınması ilə bağlı aparılan istintaq işi çərçivəsində daha dörd nəfər həbs edilib.

Belçikanın federal prokurorluğu Fars körfəzi ölkəsinin adını açıqlamasa da, məsələyə yaxın mənbə onun Qətər olduğunu bildirib.

Lakin Qətər hökumət rəsmisi şənbə günü Frans Press-ə bildirib ki, Qətər dövləti tərəfindən hər hansı bir qanunsuzluq iddiası ciddi dezinformasiyaya dəlalət edir.

Teqlər