Pentaqona qarşı irimiqyaslı kiberhücum:
Təxminən 3 milyon amerikalının məlumatları sızdırılıb
Sen 29, 2026 18:16 Asia/Baku
Pentaqona qarşı həyata keçirilən irimiqyaslı kiberhücum nəticəsində təxminən 3 milyon amerikalıya məxsus şəxsi məlumatlar sızdırılıb.
ABŞ-nin "ABC " telekanalı bir rəsmi şəxsdən əldə edilən məlumata istinadən xəbər verib ki, ABŞ Müharibə Nazirliyinin (Pentaqon) məlumat bazalarına genişmiqyaslı kiber müdaxilə baş verib.Bildirilib ki, bu genişmiqyaslı kiber hücum nəticəsində Pentaqonun hazırkı 2,76 milyon əməkdaşının şəxsi məlumatları və şəxsiyyət göstəriciləri risk altına düşüb. ABŞ rəsmiləri hücumun mümkün icraçıları və ya oğurlanmış məlumatların dəqiq həcmi barədə hələlik əlavə təfərrüatlar açıqlamayıblar.