Yeniyetməlik böhranı, yoxsa Qərbin boş təbliğatının arxasında gizlənən dərin ümidsizlik
https://azeri.sahartv.ir/news/dünya-i423394-yeniyetməlik_böhranı_yoxsa_qərbin_boş_təbliğatının_arxasında_gizlənən_dərin_ümidsizlik
Fransada orta məktəb şagirdlərinin etirazları davam edir. Etirazların təşkilatçıları hökumətin şagirdlərin tələbləri ilə bağlı “konkret addımlar” atmadığını bildirərək, çərşənbə axşamı, oktyabrın 6-ı növbəti etirazların keçirilməsinə çağırıblar.
(last modified 2026-10-05T12:19:14+00:00 )
Okt 05, 2026 16:16 Asia/Baku
  • Yeniyetməlik böhranı, yoxsa Qərbin boş təbliğatının arxasında gizlənən dərin ümidsizlik

Fransada orta məktəb şagirdlərinin etirazları davam edir. Etirazların təşkilatçıları hökumətin şagirdlərin tələbləri ilə bağlı “konkret addımlar” atmadığını bildirərək, çərşənbə axşamı, oktyabrın 6-ı növbəti etirazların keçirilməsinə çağırıblar.

Fransada taleyüklü prezident seçkilərinə yeddi ay qaldığı halda, bu etirazlar getdikcə siyasi xarakter alıb və müxtəlif partiyaların liderlərinin reaksiyasına səbəb olub.Sentyabrın sonlarından Paris bölgəsində başlayan etiraz hərəkatı tədricən bütün ölkəyə yayılıb və bir çox şəhərlərdə daha da şiddətlənib. Şagird etirazları səbəbindən orta məktəblərin bağlanması və ya girişlərinin bloklanması ilə yanaşı, Fransa polisi aksiyalarda iştirak edən yüzlərlə şəxsi saxlayıb.Fransanın daxili işlər naziri Loren Nunyez cümə axşamı bildirib ki, yalnız həmin gün məktəblərdə fəaliyyətin pozulması ilə əlaqədar 1 000-dən çox şəxs saxlanılıb və son bir həftə ərzində saxlanılanların sayı isə 5 000 nəfəri keçib. Buna baxmayaraq, etirazçılar aksiyaları davam etdirəcəklərini bildirirlər. Etirazçılardan biri deyib: “Bu hərəkatı indi dayandırmaq hər şeyi olduğu kimi bu vəziyyətdə buraxmaq deməkdir.”Məlumata görə, cümə günü Fransadakı 3 700 orta məktəndən 300-ə yaxını etirazlar səbəbindən fəaliyyətini dayandırıb.