"İsrail" bayrağı bosniyalı azarkeşlərin ayaqları altında
İyun 14, 2015 09:58 Asia/Baku
-
"İsrail" bayrağı bosniyalı azarkeşlərin ayaqları altında
Bosniya və Herseqovina futbol yığmasının azarkeşləri sionist rejimin bayrağını tapdalayıblar.
Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, Bosniya və Herseqovina yığma komandasının yüzlərlə azarkeşi Bosniya və Herseqovina ilə İsrail rejimi arasında futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində oyunu baş tutmazdan öncə, Zenika şəhərində bir otelin qarşısında işğalçı İsrail rejiminin bayrağını tapdalayıb və "Fələstin!, Fələstin" fəryad edib.Bosniyalı azarkeşlər matç başlanmazdan öncə İsrail rejimi yığmasının yerləşdiyi məkanın qarşısına toplaşıb və tüstü buraxan qumbaralardan istifadə ediblər. Elə buna görə, Bosniya və Herseqovinanın yüzlərlə polisi otellə stadion arasındakı yolda təhlükəsizliyi qorumaq üçün yerləşdirilib.
Bu oyun 3:1 hesabı ilə Bosniya və Herseqovinanın xeyrinə başa çatıb.
Bundan öncə aprel ayında da bosniyalı azarkerşlər Vyanada Bosniya və Herseqovina ilə Avstriya yığmaları arasında futbol matçı keçirilməzdən öncə işğal olunmuş Fələstinin azadlığı üçün aksiya keçirmişdilər.