Putin Rusiyanın Qərbə olan sanksiyalarınn müddətini uzatdı
https://azeri.sahartv.ir/news/dünya-i195176-putin_rusiyanın_qərbə_olan_sanksiyalarınn_müddətini_uzatdı
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Qərə olan qarşılıqlı sanksiyalarınn müddətini daha bir il üçün uzatd.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2015 10:01 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Qərə olan qarşılıqlı sanksiyalarınn müddətini daha bir il üçün uzatd.

İRNA-nın məlumatına görə,"Rossiskaya Qazeta" bugünkü sayında yazır: Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşdə deyib: Bu gündən etibarən qarşılıqlı sanksiyaları daha bir il üçün uzadırıq. Bu, Rusiyada kənd təsərrüfatı istehsalçıları üçün yaxşı dəstək olacaq.
Putinin bu qərarı Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaların müddətini 2016-cı ilin yanvarına kimi uzatmasına cavab olaraq çıxarılıb.
Rusiyanın Avropa Birliyinə qarşı sanksiyaları kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına şamil olur. Rusiya ötən ilin avqust ayından bu sanksiyaları tətbiq edib.
Amerika və Avropa Birliyi ötən ilin Aprel ayından indiyə kimi Ukraynada baş verənlərə müdaxilə etməsinə görə cəzalandırmaq məqsədi ilə sanksiyalara məruz qoyublar.