İyul 31, 2015 09:53 Asia/Baku
  • MDB Terrorizmlə Mübarizə Mərkəzi Orta Asiyada İŞİD-in iştirakının artması barədə xəbərdarlıq etdi
    MDB Terrorizmlə Mübarizə Mərkəzi Orta Asiyada İŞİD-in iştirakının artması barədə xəbərdarlıq etdi

Müstəqil Dövlətlər Birliyi MDB-nin Terrorizmlə Mübarizə Mərkəzinin direktoru İŞİD terror qruplaşmasının Qafqaz, Orta Asiya və Rusiyanın cənubunda nüfuzunun artması barədə xəbərdarlıq edib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Andre Novikov Rusiyanın Yaroslavl şəhərində keçirilən MDB-yə üzv ölkələrin təhlükəsizlik təşkilatları rəhbərlərinin 14-cü iclasında İŞİD-in Orta Asiya və Qafqaza nüfuzu barədə xəbərdarlıq edərək bu bölgələrin terror qruplaşması ilə mübarizə üçün qətiyyətli şəkildə əməkdaşlıq etmələrini istəyib.
Novikov bildirib: Bununla əlaqədar MDB-yə üzv ölkələrin əlaqədar qurumlarının əsas vəzifəsi ölkədən kənarda terror qruplaşmalarının döyüşlərində, o cümlədən İŞİD sıralarında iştirak edən vətəndaşlarını müəyyənləşdirməkdir. Belə ki, zamanında onların terror aktları və ifratçılıq hərəkətlərinin qarşısını ala bilsinlər.
MDB-yə üzv ölkələrin terrorizmlə mübarizə mərkəzinin rəhbəri İŞİD terror qruplaşmasının dünyanın təhlükəsizliyi üçün təhlükə olduğunu bildirərək deyib: İŞİD-in hərəkətlərinin bir hissəsi Orta Asiya ölkələri vətəndaşlarından üzv toplamaq kimi fəaliyyətlərə şamil olur.
Andre Novikov həmçinin İŞİD təkfirçilərinin ictimai şəbəkələrdəki geniş fəaliyyəti barədə xəbərdarlıq edib və bildirib: Bu qruplaşma diqqətini virtual dünyada gəncləri cəzb etməyə yönəldib.
Qeyd edək ki, Orta Asiya ölkələrinin rəhbərləri son aylarda İŞİD terrorçularının bu bölgədə iştirakının artmasından nigaranlıq edərək bu qruplaşma ilə mübarizə üçün xüsusi təhlükəsizlik tədbirləri görüblər.

Teqlər