İsveçrə İrana qarşı sanksiyaları ləğv edir
Avq 13, 2015 10:15 Asia/Baku
İsveçrə hökuməti bildirib ki, 13 avqustdan etibarən İrana qarşı sanksiyaları ləğv edir.
Röytersin məlumatına görə, İsveçrə dövləti çərşənbə günü bir bəyanat yayaraq, bu barədə xəbər verib və ümidvarlıq edib ki, bu qərar, İsveçrənin İran və 5+1 qrupu arasındakı anlaşmanın icrasını himayəsi və Bernin İran ilə əlaqələrə verdiyi əhəmiyyətin nişanəsi kimi qəbul edilsin.İran və 5+1 qrupu 14 iyul tarixində 12 il davam edən müzakirələrin sonunda yekun nəticəyə gəlməyi bacardılar.
Amerikada da"Nüvə İranına qarşı müttəfiq qüvvələr" adlı qrupun lideri deyib: uzun araşdırmalar və mütaliələrdən sonra bu nəticəyə gəldim ki, İran ilə nüvə anlaşması ABŞ dövlətinin xeyrinə olacaq. Elə buna görə də, öz vəzifəmdən istefa verərək, bu anlaşmanın tərəfdarları sırasına qatılıram.
Gəri Seymur çərşənbə günü yaydığı bu bəyanatda bildirib ki, mütaliələri nəticəsində prezident Barak Obamanın bu anlaşmaya nail olmaq üzrə siyasi səyləri uğurlu olub.
Gəri Seymur "Nüvə İranına qarşı müttəfiq qüvvələr" qrupunu 2008-ci ildə və İranın nüvə silahı əldə etmək üçün gizli planlara malik olması iddiası ilə təsis etmişdi. Onun, bu qrupun liderliyindən getməsi ABŞ-ın siyasi dairələrində geniş rezonans doğurub.