Avropanın mühacirlər qarşısındakı rəhmsizliyi
Sen 04, 2015 18:04 Asia/Baku
Macarıstanın qatarların Vyanaya və Almaniyaya doğru hərəkətlərinə mane olmasının davam etməsi nəticəsində mühacirlərlə xüsusi təyinatlı polis qüvvələri arasında pərakəndə toqquşmalar baş verib. Mühacirlər təhdid ediblər ki, əgər polis onlara Avstriya və Almaniyaya gedən qatarlara minmək icazəsi verməzsə, Avstriya sərhədinədək olan 170 kilometrlik marsrutu piyada gedəcəklər.
Macarıstanın baş naziri bir daha mühacirlər qarşısında sərt siyasətlər yeritmək və özünün ifratçı mövqeyini vurğulayıbdır.Viktor Urban cümə axşamı günü Brüsseldə və Avropa Parlamentinin sədri Martin Şultsun iştirakı ilə keçirilən mətbuat konfransında deyib: Mühacirlər problemi Avropanın deyil, Almaniyanın problemidir. Heç kəs Macarıstanda qalmağa maraqlı deyil. Onların hamısı Almaniyaya getmək istəyir.
Macarıstanın baş naziri Viktor Urban bu ölkənin mühacirlər qarşısındakı sərt mövqeyini müdafiə edərək, belə iddia edib: Mühacirlərin artmaqda olan girişi avropalıları öz qitələrində bir azlığa çevrilmələri təhlükəsi ilə üzləşdirə bilər.
Urban hər cür humanitar hissdən kənar olan bir çıxışda deyib: Avropa mühacirlərin geniş dalğası ilə üz-üzədir və belə bir ehtimal mövcuddur ki, on milyonlarla nəfər Avropaya daxil olmuş olsun.
O, Budapeştin Serbiya ilə sərhədə 3500-ə yaxın əsgər göndərmək qərarından xəbər verərək, deyib ki, Macarıstan öz sərhədlərini müdafiə edəcək və Avropa Birliyinin mühacirlər barədəki qanunlarını, o sıradan barmaq izinin götürülməsi və saf-çürük etməni sərt şəkildə yerinə yetirəcək.
Macarıstanın baş nazirinin sözləri elə bir haldadır ki, əksəriyyəti suriyalı olan yüzlərlə mühacir Budapeştin qərbindəki dəmir yolu stansiyasında avara qalıb və Macarıstan polisi onların bu ölkədə və ya sair Avropa ölkəsində sığınacaq almalarına icazə vermir.
Macarıstan Serbiya ilə sərhədi boyu sərhəd maneələri yaradıbdır ki, xarici mühacirlərin girişinin qarşısını alsın.
Macarıstanın qatarların Vyanaya və Almaniyaya doğru hərəkətlərinə mane olmasının davam etməsi nəticəsində Biçke şimal şəhərində mühacirlərlə xüsusi təyinatlı polis qüvvələri arasında pərakəndə toqquşmalar baş verib.
Cümə axşamı günü yüzlərlə mühacir müsafirlə dolu qatara minərək, Macarıstanın paytaxtı Budapeştdən Avstriya sərhədinə doğru hərəkət idi, amma qatar Budapeştdən otuz kilometr aralıda böyük bir mühacir düşərgəsinin yerləşdiyi Biçke şəhərinin dəmiryolu stansiyasında dayanarkən polis mühacirlərə qatardan düşmək əmri verdi.
Həmçinin polis qüvvələri dəmiryolu stansiyasından çıxmaq istəyən mühacirlərin bir qrupunu həbs etdi.
Mühacirlər təhdid ediblər ki, əgər polis onlara Avstriya və Almaniyaya gedən qatarlara minmək icazəsi verməzsə, Avstriya sərhədinədək olan 170 kilometrlik marsrutu piyada gedəcəklər.