Putin: Avropaya mühacirət böhranı Qərbin səhvindən qaynaqlanır
https://azeri.sahartv.ir/news/dünya-i197335-putin_avropaya_mühacirət_böhranı_qərbin_səhvindən_qaynaqlanır
Rusiya prezidenti Avropadakı hazırkı mühacirlər böhranının Qərb ölkələrinin Yaxın Şərqdə və Afrikanın şimalındakı səhvlərindən irəli gəldiyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2015 15:19 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti Avropadakı hazırkı mühacirlər böhranının Qərb ölkələrinin Yaxın Şərqdə və Afrikanın şimalındakı səhvlərindən irəli gəldiyini deyib.

TASS-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bildirib ki, yanlış siyasətlərin nəticələri barədə dəfələrlə öz şəriklərinə xəbərdarlıq edibdir, zira "Avropa İttifaqının siyasətləri" Yaxın Şərq və Afrikanın şimalındakı tarixi, dini, milli və mədəni cəhətləri nəzərə almadan öz xas standartlarını qəbul etdirməkdədir.



Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da cümə axşamı günü bildirib ki, Avropa mühacirlərlə rəftar tərzini Rusiyadan öyrənməlidir.



O, qeyd edib ki, Moskva minlərlə ukraynalıya Rusiyada yer verib və bu şəxslər üçün sığınacaq, qida maddələri və məziyyətlər nəzərdə tutubdur.