İran rəhbərinin sözləri qətiyyətlidir; Obama serial yalançı; ABŞ dünya yalançılarının bayraqdarıdır
Dek 01, 2015 12:30 Asia/Baku
Amerikalı tanınmış təhlilçi verdiyi müsahibədə bildirib: Nüvə anlaşması İran qarşısında ABŞ və İsrailin uzunmüddətli məqsədlərini dəyişməyəcək.
Stefan Lendman Fars Xəbər Agentliyi ilə müsahibədə nə üçün Amerika və İsrailin müstəqil İranı görməyə gözümlü olmamaları barədə deyib: İranın müstəqilliyinin əsas səbəbi budur ki, Vaşinqton və Təl-Əviv bu dövlətin qərb dövləti ilə dəyişilməsini istəyirlər. Amerika çəkişməsiz dünyanı müstəmləkə etmək və bütün ölkələrə nəzarət etmək niyyətindədir. İsrail də regional müstəmləkəçiliyi istəyir. Bu rejim region ölkələrini parçalamaqla və yaxud bölməklə öz nəzarətinə salmaq niyyətindədir.Ağ Ev və qərbin siyasətlərini ciddi şəkildə tənqid edənlərdən olan Lendman İranın nüvə məsələsi barədə deyib: Bu məsələ həmişə ABŞ və İsrail üçün yayındırıcı məsələ olub. Çünki İranın nüvə proqramı dincməqsədlidir və heç bir hərbi cəhəti olmayıb. Qənaətimcə, nüvə anlaşması Amerika və İsrailin İran qarşılığındakı uzunmüddətli məqsədini dəyişməyəcək və İran quruluşunun dəyişməsi onların siyasi prioritetidir.
Təhlilçinin sözlərinə görə, Amerikanın mövqelərində bir tərəfdən İran qarşılığında, digər tərəfdən isə Səudiyyə Ərəbistanı və Qətər qarşılığında ikili strategiyanın şahidiyik. Bu ölkə İranın qanuni hökuməti ilə məsuliyyətsiz şəkildə davranır. Lakin Səudiyyə Ərəbistanı və İsrail və Fars körfəzinin ətrafındakı itaətsiz və rəhsmiz rejimlərlə səmimi əlaqələrə malikdir.
Stefan Lendman İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneini önəmli şəxsiyyət adlandırıb və bildirib: Ayətullahülüzma Xamenei açıq-aydın danışır və dediyini əməl edir. Qeyd etməliyəm ki, Rusiya prezidenti Vladimir Putin də belədir. Ayətullahülüzma Xamenei və Putin Amerika və İsrailin siyasətlərinə qarşıdır və qarşı tərəfində dəfələrlə demişəm ki, ABŞ prezidenti Barak Obama və İsrail baş naziri Benyamin Netanyahu yalançılardır. Ayətullahülüzma Xameneinin ABŞ və İsrailin başçılıq etdiyi qərbi tənqid xarakterli sözləri Amerikanın mənafeyinə xoş gəlmir. İran liderinin sözlərinə və müraciətləri müsəlmanların ictimaiyyəti, müxtəlif gənc və yaşlıların kütlələrində nüfuza malikdir. Ayətullahülüzma Xamenei islam ölkələrinin müsəlman rəhbərlərinin hamısından yüksək mövqeyə malikdir. Ayətullahülüzma Xamenei Amerika və İsrailə qarşı mövqelərin sərgilənməsində müsəlman ölkələrin rəhbərlərinin önündədir və mən bir neçə dəfə onun sözlərinə istinad etmişəm.
Amerikanın dünyanın təcavüzkar yalançılarının bayraqdarı olduğunu və İsrailin də Vaşinqtonun önəmli şəriki olduğunu qeyd edən Lendman əlavə edib: ABŞ və İsrail böyük cinayətlərdə bir-birlərini dəstəkləyirlər. Onlar doğrudan da beynəlxalq sülh və təhlükəsizliyə qarşı böyük təhdiddirlər. İndiyə qədər baş verənlər qərbin klassik yalançı bayrağı və İsrail, ABŞ, Fransa və bəzilərinin iştirakı ilə baş verən olaylardır. Fransa da ABŞ kimi terrorçulara qarşı müharibəni elan edir. Lakin İŞİD deyil, dövlət infrastrukturlarını hədəfə alır. Ötən bir ildə ABŞ tərəfindən İraqın bombalanmasında İŞİD-in heç bir mövqeyi hədəfə alınmayıb və Nyu-York Times kimi Amerika medialarının İŞİD yük maşınlarının vurulmasına dair iddiası böyük yalandır. İŞİD Əl-Qaidə kimi ABŞ-ın yetişdirməsidir. ABŞ regionda özünə ayaq açmaq üçün İŞİD-i İraq və Suriyaya göndərdi və bəlkə İrana da göndərsin ki, onunla mübarizə etmək əsaslıdır.