"Globalvision 2000" İnstitutu İnqilab Rəhbərinin məktubunu dəstəklədi
Dek 02, 2015 10:26 Asia/Baku
İngiltərənin "Globalvision 2000" İnstitutu çərşənbə axşamı günü İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə 2-ci məktubunu əhəmliyyətli adlandıraraq bildirib ki, terrorizmlə mübarizə üçün regionun islam ölkələri bir-birləri ilə birləşməlidirlər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, "Globalvision 2000" İnstitutu öz bəyanatında Həzrət Ayətullahülüzma Xameneinin terrorizm barəsindəki nigaranlıqlarını müsbət qarşılayaraq əlavə edib: Bu məktubda "beynəlxalq terrorizm vasitəsi ilə müsəlmanların qırğın edilməsi" və "Qərb qüdrətlərində İŞİD-in köklü olması" kimi iki önəmli məsələ vurğulanır.Bəyanatda qərbin kapitalizm quruluşunun terrorizm böhranının kəskinləşməsinin əsas amili olduğu bildirilərək Həzrət Ayətullahülüzma Xameneinin məktubunun bəzi hissələrinə toxunulub və əlavə olunub: Bizim əxlaq və ədalətə əsaslanan beynləxalq iqtisadi sistemi qurmağımız önəmlidir.
İngiltərə İnstitutu əlavə edib: İŞİD və regiondakı terror qruplaşmaları NATO-nun sərmayələridir. Vaşinqton Yaxın Şərq və Orta Asiya ölkələrinə qarşı əvəzedici müharibə üçün İŞİD-i MKİ-nin gizli ordusu adlandırır.
Bu bəyanatda əlavə olunub: İŞİD qərbin hərbi hücumlarını genişləndirməsi məqsədilə indiyə qədər Amerikanın Suriya və İraqda geo-siyasi məqsədləri üçün faydalı vasitə olmuşdur. Buna görə, əgər dünya İŞİD-in genişlənməsi, onun təsirləri, o cümlədən miqrant böhranını aradan qaldırmaq istəyirsə qərbin regiondakı hərəkətlərinin qarşısını almalıdır.