Vatikanın İnqilab Rəhbərinin Qərb gənclərinə ikinci məktubu ilə bağlı təhlili
Vatikanın Sülh və Ədalət Şurasının sədri və bu ölkənin ədliyyə naziri İslam İnqilabının Böyük Rəhbərinin Qərb gənclərinə ünvanladıqları ikinci məktubunu mühüm və təsirli adlandırıb.
İRİB-nin məlumatına görə, Kardinal Piter Turksan Ayətullah Xameneinin məktubunu xalqlar arasında dialoq atmosferinin yaradılmasında önəmli adlandırıb və deyib: O həzrət Qərb gənclərinə ünvanlanmış müraciətində onlardan tarixi hadisələrə yenidən müraciət etməklə dünyanın hazırkı gerçəklikləri ilə üzləşmələrini, hadisələrlə bağlı müstəqil şəkildə, təsir altına düşmədən qərar çıxarda bilmələrini və həqiqətlərə yeni prizmadan yanaşmalarını istəyib.
Kardinal Turksan İnqilab Rəhbərinin məktubunun mühüm cəhətlərindən birini də Qərbdə islamofobiya ilə mübarizə adlandırıb və deyib: İslam dini və ya ümumiyyətlə hər hansı bir dini zorakılıq ilə eyniləşdirmək olmaz. Çünki, səmavi dinlərin müraciəti ilahi və sülh müraciətidir. Zorakılıqları isə dinin yox, fərdlərin adına yazmaq lazımdır.
Kardinal Turksan sonda deyib: İran və Vatikan dünyada sülh və ədalətin bərqərar edilməsinə kömək etmək üçün əməkdaşlıq etməlidirlər.