Dek 14, 2015 14:28 Asia/Baku
  • İnqilab Rəhbəri sülhü əldə etmək üçün mübarizəyə çağırdılar
    İnqilab Rəhbəri sülhü əldə etmək üçün mübarizəyə çağırdılar

Uruqvayın beynəlxalq məsələlər üzrə eksperti deyib: İslam İnqilabının Böyük Rəhbərinin məktubunun həm hazırkı zamanın vəziyyəti ilə uyğundur, həm də özünəməxsus xüsusiyyəti vardır. Eləcə də gələcəklə və beynəlxalq səviyyədə gələcəkdə baş verəcək reallıqlarla uyğunlaşır.

Alvaro Çaramelo deyib: İslam İnqilabının Böyük Rəhbərinin məktubu əslində bütün Avropa vətəndaşları, xüsusilə də gənclərə xitabən yazılmışdır. Bu gənclər dünyanın ədalətsizlikləri ilə mübarizə və ayağa qalxmaq ruhiyyəsinə malikdirlər. Bu məktub qərbli gənclərin ədalətsevərlik ruhiyyəsini düzgün yola istiqamətləndirmək niyyətindədir.

Uruqvaylı beynəlxalq məsələlər üzrə ekspert əlavə edib: Həzrət Ayətullahülüzma Xamenei bu məktubda işarə edir ki, gənclər bu mübarizənin məsuliyyətini üzərinə götürməlidir. Həqiqətən bu mübarizənin heç bir aydın cəbhəsi yoxdur. Yəni hər bir zaman və məkanda bu döyüş meydanına daxil olmaq olar. Əslində batilə qarşı bu haqq cəbhələri əxlaq, sülh və dinc yanaşı yaşama, ağıl, məntiqə əsaslanır və zamanə qüdrətləri qarşısında təslim olmamaqdır. Bir çox hallarda qərb qüdrətləri bir şeyi reallıq olaraq bizə təqdim edirlər. Habluki baş verən məsələ ilə çox-çox fərqlənir.

Teqlər