Pakistanın şimal-qərbində onlarla terrorçu öldürülüb
Pakistan ordusu Xeyəbr Paxtunxah əyalətində onlarla nəfərin öldürülüdüyünü bildirib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Pakistan ordusunun ictimai əlaqələr bölməsi bildirib: Ordu qırıcılarının Xeybər Paxtunxah əyalətində Tirah dərəsində terrorçuların mövqelərinə hücumlarında ən azı 23 terrorçu öldürülüb.
pakistan ordusunun bildirdiyinə görə, bir il yarımdan çox keçən əməliyyat başlandıqdan indiyə qədər 3 mindən çox terrorçu öldürülüb.
Məlumatlara görə, Pakistan ordusunun terror qruplaşmaları, ocümlədən Talibanın mövqelərinə ağır hücumlarının davam etməsi bu qruplaşma üzvlərinin Əfqanıstana sığınmalarına səbəb olub.
Bu məsələ həmçinin Kabilin nigaranlığına səbəb olub və Əşrəf Qöəni hökumətinin qənaətincə terrorçuların Pakistandan Əfqanıstana qaçmaları bu ölkədə destabilliyin artması ilə nəticələnəcək.