Apr 01, 2016 09:56 Asia/Baku
  • ABŞ-ın Virciniya ştatında atışma
    ABŞ-ın Virciniya ştatında atışma

ABŞ-ın Virciniya ştatında atışma nəticəsində yeddi nəfər ölüb və yaralanıb.

CBS telekanalının məlumatına görə, cümə axşamı günü Amerikanın Virciniya ştatının mərkəzi olan Riçmond şəhərində atışma nəticəsində altı nəfər, o sıradan iki polis zabiti yaralanıb və bu hadisənin əsas amili öldürülübdür.

Tibb mənbələri yaralılardan ikisinin durumunun ağır olduğunu bildiriblər.

Bazar ertəsi günü də ABŞ konqresinin görüşlər zalında atışma nəticəsində konqresin və Ağ Evin qapıları bağlandı.

Amerikada silahlı zorakılıq böyük sosial bir problemə çevrilib.

Amerika dövləti ötən iki ildə silah daşıma qanununda islahatlar aparmağa səy edib, amma iri silahqayırma şirkətlərinin sahibləri ABŞ konqresində malik olduqları nüfuz ilə silah daşınmasına məhdudiyyətin yaradılmasına icazə vermirlər.

Teqlər