ABŞ-ın Suriyanın Diyrəlzur məntəqəsinə hücumu pislənilib
https://azeri.sahartv.ir/news/dünya-i237773-abŞ_ın_suriyanın_diyrəlzur_məntəqəsinə_hücumu_pislənilib
Avropa ölkələrində yaşayan suriyalı qrupların nümayəndələri amerikan qırıcıların Suriya ordusuna qarşı hücumuna etirazda Amerikanın Berlindəki səfirliyi önündə aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2016 13:46 Asia/Baku
  • ABŞ-ın Suriyanın Diyrəlzur məntəqəsinə hücumu pislənilib
    ABŞ-ın Suriyanın Diyrəlzur məntəqəsinə hücumu pislənilib

Avropa ölkələrində yaşayan suriyalı qrupların nümayəndələri amerikan qırıcıların Suriya ordusuna qarşı hücumuna etirazda Amerikanın Berlindəki səfirliyi önündə aksiya keçiriblər.

ISNA-nın məlumatına görə, Avropa ölkələrində yaşayan suriyalı qrupların nümayəndələri Suriyanın prezidenti Bəşşar Əsədin təsvirləri və bu ölkənin bayraqlarını əllərində tutduqları bir halda, Amerikanın Berlindəki səfirliyi önünə toplaşıblar. Onlar amerikan qırıcıların Suriya ordusunun Diyrəlzurdakı bazasına qarşı hücumlarını pisləyiblər.

Aksiya iştirakçıları bir daha terrorizmlə mübarizə üçün Suriyanın rəhbərliyi, ordusu və xalqına öz dəstəklərini elan, eləcə də Rusiyaya, Livan müqavimətinə və Suriyanın bütün müttəfiqlərinə təşəkkür ediblər.

Aksiyaçılar habelə vurğulayıblar ki, Hədəflərinin reallaşmasında Suriyaya qarşı fitnə, xalqın ordu ilə həmrəyliyi sayəsində uğursuz qalıb.

Bu aksiyada İtaliya, Rumıniya və bəzi digər Avropa ölkələrində yaşayan suriyalıların nümayəndələri iştirak ediblər.