Okt 03, 2016 16:30 Asia/Baku
  • Moskvada ukraynalı casus həbs edilib
    Moskvada ukraynalı casus həbs edilib

Rusiyanın Federal Təhlükəsizlik Agentliyi Moskvada Ukrayna kəşfiyyatının bir zabitinin həbs edilməsindən xəbər verib

TASS informasiya agentlyinin verdiyi məlumata görə, Rusiyanın Federal Təhlükəsizlik Agentliyi bu gün bir bəyanat yayaraq bildirib ki, Ukrayna kəşfiyyatının zabiti Suşçenko Roman Vladimiroviç Rusiya ordusu və Milli Qvardiyadan casusluq ittihamı ilə həbs edilib.

Bəyanatda deyilir ki, Rusiya ordusu və Milli Qvardiya barədə məlumat gizli məlumat hesab olunur və onun ifşa edilməsi Rusiyanın müdafiə gücünə zərbə vura bilər. 

2014-cü ildə Ukraynanın fəaliyyətdə olan hökumətinin çökməsi və qərb yönlü iqtidarın hakimiyyətə gəlməsindən sonra bu ölkənin şərqində yaraqlılar dövlət qüvvələri ilə toqquşmalara başladılar və Rusiya onlara dəstək verməkdə ittiham edildi. Kiyev və Moskva arasında əlaqələr gərgindir və bu durum qərb dövlətlərinin Rusiyaya qarşı geniş sanksiyaları və Rusiyanın da qarşılıqlı tədbirləri ilə nəticələnmişdir. 

2014-cü ildə Krım yarımadasının  Rusiyaya ilhaq edilməsi iki ölkə arasında çaxnaşmaların daha da güclənməsinə səbəb olub. 

Teqlər