Dek 15, 2016 11:25 Asia/Baku
  • Moqerini: Əhatəli Müştərək Təşəbbüs Proqramında Tramp İrandan imtiyaz ala bilməz

Avropanın xarici siyasət koordinatoru Əhatəli Müştərək Təşəbbüs Proqramın beynəlxalq bir razılaşma olduğunu bildirərək deyib: ABŞ-ın seçilmiş prezidentinin bu razılaşma ilə əlaqədar İrandan yeni imtiazların alınması barədəki gözləntilərinin reallaşması qeyri mümkündür

İRNA-nın verdiyi məlumata görə, Federika Moqreini "The Wall Street Journal"-a verdiyi açıqlamada deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı BMT çərçivəsində əldə olunmuş beynəlxalq razılaşmadır və belə bir  razılaşmanın ikitərəfli şəkildə icra edilməsi üçün heç bir imkan yoxdur. 

F.Moqerini deyib: Nüvə anlaşmasının tam icra edilməsi və bu sazişə riayətin davam etdirilməsi Amerikanın xeyrinədir və görünür Tramp özünün siyasi yolunu ABŞ-ın mənafeləri əsasında quracaqdır. 

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru bu razılaşmanın Amerika tərəfindən tərk edilməsinin nəticələrindən birinin ABŞ-ın Rusiya prezidenti ilə qarşı-qarşıya duracağı olduğunu bildirərək , Tramp tərəfindən belə bir hərəkətin onun Rusiya ilə daha yaxın əlaqələrin tərəfdarı olduğuna dair iddiaları ilə ziddiyət təşkil edir. 

Moqerini Trampın siyasətlərinin Amerika ilə digər ölkələr arsındakı əlaqələrə ehtimal olunan təsirləri barədə bəzi Avropa rəsmilərinin nigarançılıqlarına rəğmən ABŞ-Avropa əməkdaşlıqlarının müsbət prespektivini şərh edərək deyib: Amerika ilə Avropa ölkələri arasında böhranların aradan qaldırılması, terrorizm eləcə də miqrantların qaçaq edilməsi üzrə mütəşəkkil qruplarla mübarizə kimi sahələrdə bir çox əməkdaşlıq zəminlərinin mövcud olduğunu xatırladıb. 

Avropa Birliyinin xarici siyasət koordinatoru deyib: Bu kimi ortaq maraqlar eləcə də İran ilə nüvə anlaşmasının tam icra edilməsi mövzusu Amerikanın yeni hökumətini Avropa ölkələri ilə yaxın əməkdaşlıqlar səmtinə yönəldir.  

Teqlər