Yan 01, 2017 10:21 Asia/Baku
  • Moqerini avropalıları terrorizmin məhvinə çağırıb
    Moqerini avropalıları terrorizmin məhvinə çağırıb

Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Avropa ölkələrindən istəyibdir ki, terror hücumlarının davam etməsinin qarşısını almaq üçün daha artıq səy göstərsinlər.

IRNA-nın məlumatına görə, Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini yeni milad ili ərəfəsində İstanbulda törədilmiş terror hücumunda ölənlərin ailələrinin kədərinə şərik olaraq, deyib ki, 2017-ci il İstanbula qarşı terror hücumu ilə başlandı.

Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru Avropa ölkələrində terror hücumları barədə də xəbərdarlıq edib.

Bazar günü səhər tezdən İstanbuldakı bir gecə klubuna qarşı terror hücumunda bir polis zabiti daxil olmaqla azı 35 nəfər ölüb, 40-dan çox insan da yaralanıbdır.

Teqlər