Yan 16, 2017 15:27 Asia/Baku
  • Təyyarə qəzası ilə əlaqədar Qırğızıstanda matəm elan olunub
    Təyyarə qəzası ilə əlaqədar Qırğızıstanda matəm elan olunub

Qırğızıstan prezidenti Almazbek Atambayevin fərmanı ilə sabah çərşənbə axşamı günü təyyarə qəzası qurbanları üçün matəm elan olunub.

İRNA-nın məlumatına görə, bu fərmana əsasən, Qırğızıstanın bayrağı bu ölkənin hər bir yerində və ölkədən xaricdə səfirliklər və konsulluqlarda yarıya endiriləcək.

Yük təyyarəsinin Bişkek şəhəri yaxınlığında yaşayış məhəlləsində qəzaya uğraması nəticəsində 37 nəfər həlak olub.

Türkiyənin Hava Yollarına məxsus Boeing 747 təyyarəsi yerli vaxtla saat 7:31-də yaşayış məhəlləsində qəzaya uğrayıb. Məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində 15-dən çox ev dağılıb.

bu hadisədə pilot və təyyarənin ekipaj heyətinin üç xidmətçisi və 33 kənd sakini həlak olub. 8 nəfər, o cümlədən 6 uşaq, bu hadisədə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Son vaxtlar səhmlərinin yarısının bir Çin şirkəti tərəfindən satın alınmış bu təyyarə Honq-Konqdan İstanbula uçurmuş və yanacaq doldurmaq üçün Manas Beynəlxalq Aeroportunda enmək istəyərkən qəzaya uğrayıb.

Teqlər