Fev 07, 2017 12:04 Asia/Baku
  • Moqerini: İsrailin qəsəbə inşası qeyri-qanunidir
    Moqerini: İsrailin qəsəbə inşası qeyri-qanunidir

Avropa Birliyinini xarici siyasət üzrə koordinatoru dünən Brüsseldə sionist rejimin qəsəbəsalma əməliyyatlarının qeyri-qanuni olduğunu bildirərək deyib: Avropa Birliyi İsrailin şəhərcik inşası ilə razılaşmır.

İRİB-nin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının baş katibinin orta şərq məsələləri üzrə xüsusi nümayəndəsi Nikolay Melednev deyib: Sionist qəsəbələrin salınması beynəlxalq hüquqla ziddiyyət təşkil edir. 

AB və BMT-nin  İsrailin işğal etdiyi ərazilərdə qəsəbəsalma əməliyyatlarını davam etdirməsindən nigaran qalmasına baxmayaraq sionist rejimin parlamenti dünən İordan çayının qərb sahilində şəhərcik inşası əməliyyatlarının qanuniləşdirilməsinə dayir qalmaqallı layihəni qəbul edib, bu layihə sionist rejimin qərb sahilində qeyri-qanuni tikintiləri davam etdirməsinə yol açır. 

Donald Trampın Ağ evə daxil olmasından sonra sionist rejimin həyasızlığı qat-qat artıb və hər gün fələstinlilərin torpaqlarında yeni qəsəbələrin inşası üçün yeni layihələr qəbul edir. BMT-nin TŞ qəbul etdiyi son qətnaməyə əsasən sionist rejim qəsəbəsalma əməliyyatlarını dərhal dayandırmalıdır. 

Teqlər