Fev 11, 2017 19:17 Asia/Baku
  • Hindistanın nəzarətində olan Kəşmirdə ictimai etirazlar
    Hindistanın nəzarətində olan Kəşmirdə ictimai etirazlar

Hindistanın nəzarətində olan Kəşmirdə şənbə günü ictimai etirazlar artıb.

Səhər Telekanalı Urdu dilli Radio-Televiziyasının məlumatına görə, bu etirazlar ardınca, bütün idarə, ticarət və bazarlar bağlanıb və Hindistan hökuməti təhlükəsizlik tədbirlərini gücləndirib.

İctimai etirazlar Kəşmir Hürriyyət Konfransı Təşkilatının çağırışı əsasında keçirilib.

Bu təşkilatın rəhbərlərindən Seyid Əli Şah Gilani, Mirvaiz Ömər Faruq və Məhəmməd Yasin Məlik Hindistanın nəzarətində olan Kəşmir əhalisindən bu gün etiraz aksiyası keçirmələrini istəyiblər.

Hindistanın nəzarətində olan Kəşmirin vəziyyəti 8 iyuldan Mücahidin partiyasının rəhbəri Bürhan Müzəffər Baninin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilməsi ilə gərginləşib və Hindistan qüvvələrinin bu bölgədə etirazçılara hücumları nəticəsində 125 nəfərə yaxın kəşmirli həlak olub, minlərlə nəfər yaralanıb və saxlanılıb.

Teqlər