Fev 27, 2017 21:12 Asia/Baku
  • Əbdülbari Ətvan
    Əbdülbari Ətvan

Əbdülbari Ətvan: Ərdoğan mövqeyini şəxsi mənafeyinə əsasən dəyişir və heç bir vəchlə pis hissi yoxdur.

Rəy əl-Youm internet qəzetinin məlumatına görə, tanınmış ərəb jurnalisti deyib: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşşar Əsəd, hətta Abdulla Gül və Əhməd Davudoğlu kimi dostlarına da sadiq qalmamışdır. Buna görə, Zərifin Ərdoğandan qədrini bilmək gözləntisi yersiz gözləntidir.

Əbdülbari Ətvan Məhəmməd Cavad Zərifin Türkiyə rəsmilərinin İran əleyhinə mövqeyini tənqid etməsinə toxunaraq xatırladıb: Qədrini bilməmək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın normal və məlum davranışıdır. Bu insanın mövqeyi şəxsi mənafeyinə əsasən dəyişir və buna görə heç bir pis hissi yoxdur.

Əgər bir az keçmişə qayıdarsaq, daha dəqiq desək 6 il öncəyə qayıdarsaq, Ərdoğana ən yaxın şəxsin, yəni Suriya prezidenti Bəşşar Əsədin olduğunu görürük. Hər ayda bir dəfə, bəzən də iki dəfə Dəməşqdə və ya Ankarada görüşürdü. Bu üçbucağın üçüncü bucağı Qətər Əmir Həməd Bin Xəlifə Ali Sani idi. Bu üç nəfər strateji koalisiya yaratmışdılar. Lakin bu düyün açıldı və Türkiyə və Qətər Suriyada hərbi müdaxilə etdilər və bir-biri ilə dostları Bəşşar Əsədi ilk fürsətdə devirməyə çalışdılar. Onlar milyardlarla dollar vəsait və minlərlə ton silahlı bu məqsədi gerçəkləşdirmək üçün Suriyaya göndərdilər. Nağılın davamı bəllidir və bu məqalədə onu təkrarlamağa yer yoxdur.

Ətvan əlavə edib: Son aylarda ehtimal üzrə Türkiyənin qədrini bilməməsinə görə məşhur təbəssümünü kənara qoyan Zərif çalışdı k, Ərdoğana ölkəsinin mövqeyini xatırlatsın. Belə ki, Türkiyədə hərbi çevriliş baş verdiyi gecə İran rəsmiləri səhərə qədər yatmadılar və prezident Ruhani çevrilişin məğlub olması münasibəti ilə Türkiyəni təbrik edən ilk şəxs idi.

Hətta əgər iranlıların Ərdoğanın iddia etdiyi kimi firqəçi olduğunu qəbul edərsək, unutmamalıyıq ki, Türkiyə prezidentinin ən böyük müttəfiqi əcnəbilərə nifrət edən MHP-dir və Ərdoğanın bütün regional koalisiyalar da sırf firqəçilik dayaqları üzərindədir. Psixologiya dövründə belə vəziyyət gərginlik yaratmaqla tanınır. Yəni başqalarını öz daxilində inandığın şeylə ittiham etmək və onu gizlətməyə çalışmaq.

İran və Türkiyə arasında fərq budur ki, İranın işğalçı İsraillə heç bir əlaqəsi yoxdur və Təl-Əvivdə diplomatik nümayəndəlik və səfirlik yoxudur, Livanın cənubunda və Qəzzə zolağında müqaviməti maliyyə və silah cəhətindən dəstəkləyib. Halbuki Türkiyə və İsrailin bu günlərdə əlaqələri qızıl dövründədir.

Ətvan əlavə edib: Biz regionda istənilən firqəçilik strategiyasına qarşıyıq və qarşı olacağıq. Çünki firqəçilik regionu məhv etmək və qan gölündə qərq etmək üçün ən güclü silahdır və sonda israilli işğalçıların xeyrinə bitəcək.

Prezident Ərdoğan sabiq prezident Abdulla Gül və sabiq baş nazir və xarici işlər naziri Əhməd Davudoğlu kimi onu dəstəkləyən yaxın dostlarından da uzaqlaşdı.

Teqlər