İyul 23, 2025 14:31 Asia/Baku
  • Türkiyənin siyasi partiyaları İranı dəstəkləyirlər - AKTUAL

Sionist rejimin İslami İrana qarşı hərbi təcavüzünün başlamasından sonra Türkiyədə siyasi partiyalar ümumilikdə müsəlman ölkəsini dəstəklədilər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sionist rejimin hücumlarını açıq şəkildə pisləyərək, İranın qanuni müdafiə haqqını dəstəklədi. Bu istiqamətdə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İsrailin hərəkətlərini “dövlət terroru” və “beynəlxalq banditizm” adlandırdı. Türkiyə parlamenti isə hakim partiyanın dəstəyi ilə İsraili pisləyən qətnamə qəbul etdi.

Hakim Partiyanın əsas müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyası da ümumilikdə İslam Respublikasının mövqeyini müdafiə edərək, İsrailin hücumlarını qınadı.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası İsrailə qarşı daha sərt mövqe sərgiləyərək, hökuməti daha aydın və qətiyyətli mövqe tutmağa çağırdı. Partiyanın lideri Özgür Özəl İsrailin hərəkətlərini “qanunsuz və çılğınlıq” adlandırıb Türkiyə hərbi bazalarının bu hücumları dəstəkləməkdə rolu barədə xəbərdarlıq etdi.

Səadət Partiyası anti-sionist dünyagörüşü ilə sionist rejimin təcavüzlərinə qarşı çox açıq və sərt mövqe tutdu. Partiyanın lideri İsrailin hücumlarını “qorxaqlıq” və “qəddar” adlandırdı. O, Qərbin Təl-Əvivə dəstəyinə toxunaraq, İslami və qlobal müqavimət cəbhəsinin formalaşmasına çağırdı.

Müstəqil Türkiyə Partiyası da İsrailin hücumlarını beynəlxalq hüququn açıq şəkildə pozulması və regional təhlükəsizliyə təhdid kimi qiymətləndirdi.

Nəhayət Vətən Partiyası küçə mitinqləri və media fəaliyyəti ilə İran İslam Respublikasına dəstək mövqeyi tutaraq, regional səviyyədə koordinasiyalı fəaliyyətin zəruriliyini vurğuladı.