Mart 04, 2017 15:14 Asia/Baku
  • De Mistura: Rusiya, İran və Türkiyə Cenevrə-4 müzakirələr prosesində təsirli rola malik idi

BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura cümə gecə Cenevrə-4 müzakirələri sona çatdıqdan sonra deyib: Rusiya Federasiyası, İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin bu müzakirələr prosesində təsirli rolu var idi.

İRİB-in məlumatına görə, Stefan De Mistura Suriya haqda Cenevrə-4 müzakirələri çətinliklərin olmasına baxmayaraq konstruktiv olduğunu deyib: BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin icra olunmasının vacibliyi haqdakı şübhələr bu müzakirələrdə aradan qaldırıldı. 

BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi suriyalı tərəflərin növbəti anlaşmalar çərçivəsini təşkil edəcək istiqamətə doğru irəliləyə biləcəklərini gözləldiyini deyib: Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi açıq-aşkar addımların atılması və icra olunması üçün zaman cədvəlini özündə ehtiva edir.

Stefan De Mistura əlavə edib: Qarşımızda açıq-aşkar şəkildə iş gündəmi vardır. 6 aylıq dövrdə qeyri-dini və əhatəli hökumətin yaradılması, 6 aylıq dövrdə konstitusiyanın tənzimlənməsi, 18 aylıq dövrdə şəffaf və azad seçkilərin keçirilməsi və terrorizmlə mübarizə gündəmə daxildir.

BMT-nin Suriya məsələləri üzrə rəsmisi bu dörd maddəli iş gündəminin bütün tərəflərin dəstəkləyə biləcəyi formada olduğunu deyib: Suriya böhranına son qoymaq yalnız xalqın tələblərini gerçəkləşdirə biləcək siyasi yolla mümkündür.

Teqlər