Brüsseldə Suriyaya yardım üçün beynəlxalq konfrans keçiriləcək
https://azeri.sahartv.ir/news/dünya-i261762-brüsseldə_suriyaya_yardım_üçün_beynəlxalq_konfrans_keçiriləcək
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: AB aprelin 5-də Brüsseldə Suriyaya yardım üçün koordinasiya aparmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı ilə birgə konfrans keçirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2017 07:17 Asia/Baku
  • Brüsseldə Suriyaya yardım üçün beynəlxalq konfrans keçiriləcək
    Brüsseldə Suriyaya yardım üçün beynəlxalq konfrans keçiriləcək

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: AB aprelin 5-də Brüsseldə Suriyaya yardım üçün koordinasiya aparmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı ilə birgə konfrans keçirəcək.

İRİB-in verdiyi məlumata görə, Federika Mogerini sözü gedən iclasın xarici işlər nazirləri səviyyəsində keçiriləcəyini bildirərək deyib: Bu iclasda BMT-nin nəzarəti altında gedən müzakirələrə dəstək veriləcəyi qərara alınıb. 

Bu iclasa Britaniya, Almaniya, Qətər və Küveyt başçılıq edəcəklər. 

Belə bir iclasın keçirilməsi elə bir şəraitdədir ki, Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və onların müttəfiqlərinin himayə etdikləri terrorçu qrupların Suriyanın qanuni prezidenti Bəşar Əsəd dövlətini devirmək məqsədi ilə bu ölkəyə geniş hücumundan sonra başlanmışdır.