Mart 07, 2017 14:06 Asia/Baku
  • Zərif: IORA əməkdaşlıq və inkişaf üçün əlverişli fürsətdir
    Zərif: IORA əməkdaşlıq və inkişaf üçün əlverişli fürsətdir

İranın xarici işlər naziri Hind okeanı Ətraf Ölkələri Birliyi (IORA) çərçivəsində əməkdaşlıqların inkişaf üçün əlverişli fürsət yaratdığını deyib.

İRNA-nın verdiyi məlumata görə, İranın XİN başçısı Məhəmməd Cavad Zərif bu gün İndoneziya paytaxtı Cakartada keçirilən IORA iclasında deyib: İran bu birlik regionunda digər regionlar və dünya bazarları ilə çox tərəfli əlaqələr və dəniz nəqliyyatının gücləndirilməsi üçün geniş potensiallara malikdir. 

Zərif Hind okeanı, Fars körfəzi, Asiyanın qərb və mərkəzi, Qafqaz və Avropa arasında nəqliyyat baxımından İranın cənub-şərqində yerləşən Çabahar limanının strateji mövqeinə toxunaraq bu limanın şərq-qərb və şimal-cənub dəhlizində qovuşdurucu nöqtə olduğunu deyib. 

İranın xarici işlər naziri IORA-nın prioritetlərindən biri olan dəniz nəqliyyatının təhlükəsizliyi mövzusunun əhəmiyyətini vurğulayaraq bu sahəyə xüsusi diqqət yetirilməsini və dənizlərin çirklənməsinin qarşısının alınmasını vurğulayıb. 

Hind Okeanı Ətraf Ölkələri Birliyi (IORA), İran, Avstraliya, Banqladeş, Hindistan, İndoneziya, Kenya, Madaqaskar, Malayziya, Muris, Mozambik, Oman, Sişel, Sinqapur, Cənubi Afrika, Şrilanka, Tanzaniya, Komorus, Somali, Tailand, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndən ibarətdir. 

Çin, Almaniya, Amerika, Yaponiya, Misir, Britaniya və Fransa da bu birlikdə nəzarətçi üzv kimi fəaliyyət göstərirlər. 

Teqlər