Mart 11, 2017 17:03 Asia/Baku
  • Yerlilər Ağ Ev qarşısında aksiya keçirdi

ABŞ-ın minlərlə şimal yerlisi qırmızıdərililərin ərazilərindən keçən neft boru kəmərinin çəkilməsi layihəsinə yenidən başlanmasına etiraz əlaməti olaraq Ağ Ev qarşısına toplaşıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, minlərlə amerikalı yerli Ağ Ev qarşısına toplaşaraq ABŞ hökumətinin Dakota neft boru kəmərinin çəkilməsini dəstəkləməsinə etiraz edib.

Aksiya iştirakçıları şüarlar səsləndirib və bu boru kəmərinin çəkilməsi haqda etirazlarını bildiriblər.

Sioux tayfaları aylardır ərazilərindən keçən boru kəmərinin çəkilməsinə etiraz edirlər.

Etirazçılar bu boru kəmərinin çəkildiyi istiqamətdə bir neçə həftə etiraz aksiyası keçirib və təhlükəsizlik qüvvələri bu aksiyalara son qoymaq üçün bu bölgələrə ərzaq maddələrinin nəqli yollarını bağlayıblar.

ABŞ-ın eks-prezidenti Barak Obama hökumətinin etirazların təzyiqi nəticəsində bu layihəni dayandırdığı bir halda, hazırkı prezident Donald Tramp icra fərmanı imzalayaraq bu boru kəməri və K.Stiven XL qalmaqallı boru kəmərinin çəkilməsinə şərait yaradıb.

Bu proyektin tənqidçiləri və ətraf mühitin mühafizəsi üzrə fəallar sözü gedən boruların çəkilməsini bu bölgələrin ekologiyası və su ehtiyatları üçün təhdid olduğunu bildirirlər.

Teqlər