İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
Sabah Rəcəb ayının 1-i və Martın 30-u İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür.
İmam Baqir hicrətin 57-ci ilində (milad tarixi ilə 676-cı il) Mədinə şəhərində dünyaya göz açdı.
İmam Məhəmməd Baqirin(ə) əzəməti hər kəsin diqqətini çəkir, hər yerdə haşimilər, ələvilər və fatimilərdən söz gedirdisə o həzrəti bütün bu müqəddəslərin varisi kimi tanıyırdılar.
Ən cazibəli sima, ən bağışlayan insan, İmam Məhəmməd Baqirin(ə) bəzi özəlliklərini təşkil edirdi.
İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (ə) mövludu günündə bütün islami İran şənlik içindədir.
İmam Məhəmməd Baqirin (ə) mövludu şənlikləri bu gecədən etibarən islami İranın hər bir yerində xüsusiylə məscidlər, müqəddəs məkanlar və imamzadələrdə keçirilməkdədir. İsmət və Təharət əhli-beytinin(ə) aşiqləri bu mərasimlərdə iştirak edərək, şiriniyyat paylayır və İmamət səmasının 5-ci ulduzunun mövludunu biri-birlərinə təbrik edirlər.
İran İslam Respublikası teleradio təşkilatı İmam Məhəmməd Baqirin(ə) mövludu günü münasibəti ilə bütün dünya müsəlmanlarını və azadə insanları təbrik edir.