May 17, 2017 23:18 Asia/Baku
  • Rusiya prezidenti bu ölkənin İslam Dünyası ilə həmkarlığının gücləndirilməsini vurğulayıb
    Rusiya prezidenti bu ölkənin İslam Dünyası ilə həmkarlığının gücləndirilməsini vurğulayıb

Rusiya prezidenti bu ölkənin terrorizmlə mübarizədə İslam Dünyası ilə həmkarlıqları gücləndirməyə hazır olduğunu bildirib.

Vladimir Putin bu gün İslam Dünyası mövzusu ilə iki iclasın keçirilməsi münasibətilə vediyi müraciətdə əminlik veribdir ki, müştərək səylər terrorizmlə mübarizədə və regional böhranların dinc həllində təsirli ola bilər.

Putin terrorizm, ekstremizm, iqtisadi və sosial problemlər sahəsində islam ölkələri qarşısında duran problemlərə toxunaraq, müsəlmanlardan istəyibdir ki, tam şəkildə Rusiyaya inansınlar, zira Moskva hər cür zorakılıq, ayrı-seçkilik və təəssübdən uzaq demokratik və ədalətli beynəlxalq bir sistemin yaradılması üçün özünün regional şəriklərilə həmkarlıqlarını genişəndirməyə hazırdır.

"Rusiya və İslam Dünyası" adlı üçüncü dövri iclas Çeçenistanın mərkəzi Qroznıda keçirilir Eyni zamanda, Tatarıstanın mərkəzi Kazan şəhərində də mayın 18-i və 19-da "Rusiya və İslam Dünyası" adı altında beynəlxalq iqtisadi forum keçirilir.

Teqlər