Brüsseldə NATO-nun siyasətlərinə etiraz
https://azeri.sahartv.ir/news/dünya-i270608-brüsseldə_nato_nun_siyasətlərinə_etiraz
NATO-nun Brüssel iclası ilə müxalif olanlar bir aksiya keçirərək, bu təşkilatın militarist siyasətlərinə, o sıradan Ərəbistana silah satmasına etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2017 04:42 Asia/Baku
  • Brüsseldə NATO-nun siyasətlərinə etiraz
    Brüsseldə NATO-nun siyasətlərinə etiraz

NATO-nun Brüssel iclası ilə müxalif olanlar bir aksiya keçirərək, bu təşkilatın militarist siyasətlərinə, o sıradan Ərəbistana silah satmasına etiraz ediblər.

IRIB-nin məlumatına görə, NATO-ya üzv ölkələrin başçılarının bu təşkilatın Brüsseldəki qərargahında bir yerə toplaşdıqları zaman NATO-nun müxalifləri bu təşkilatın militarist siyasətlərinə, o sıradan Ərəbistana silah satmasına etiraz olaraq, aksiya keçiriblər.

Belçika polisi aksiyaçıların NATO-nun Brüsseldəki qərargahına yaxınlaşmalarının qarşısını almaq məqsədilə onları dağıtmağa başlayıbdır.

Bu aksiyaçılar Ərəbistana silah satmasına etiraz olaraq, bildiriblər ki, Qərb ölkələri Ərəbistana silah satmaqla bu ölkənin gərgin Yaxın Şərq bölgəsində törətdiyi cinayətlərə şərikdirlər.

Aksiyaçılardan biri belə söyləyib: Bizim mesajımız budur ki, biz NATO ilə müxalifik. NATO savaş və təcavüz siyasətinin nümayəndəsidir, halbuki biz sülh və əməkdaşlıq siyasətinin tərəfdarıyıq.