Şrilankada selin tələfatı artıb
https://azeri.sahartv.ir/news/dünya-i270946-Şrilankada_selin_tələfatı_artıb
Şrilankada sel və sürüşmə nəticəsində ölənlərin sayı 151 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2017 05:12 Asia/Baku
  • Şrilankada selin tələfatı artıb
    Şrilankada selin tələfatı artıb

Şrilankada sel və sürüşmə nəticəsində ölənlərin sayı 151 nəfərə çatıb.

Röytersin verdiyi məlumata görə, Şri-Lanka fövqəladə hallar mərkəzi bildirib ki, cümə günündən başlayan sel və sürüşmə nəticəsində 95 nəfər də yaralanıb və 100-dən çox adam itkin düşüb. 

Şrilanka rəsmiləri yağıntıların davam etməsi nəticəsində yer sürüşməsi hallarının təkrarlanacağı barədə xəbərdarlıq ediblər. 

Şrilanka tikinti üzrə milli araşdırma təşkilatı da bəzi bölgələrin sakinlərini qarşıdakı 24 saat ərzində yağıntıların davam edəcəyi təqdirdə yaşadıqları bölgələri tərk etməyə çağırıb. 

Son təbii fəlakət Şrilankada 500 min insanın həyatına mənfi təsir buraxıb. 

Ölkənin sel nəticəsində zərərçəkən ərazilərində 100 mindən çox əhali də öz ev-eşiyindən didərgin düşüb.